Baş katib: "Bu konfrans Dünya Skaut Təşkilatlarından rekord sayda iştirakçıların qatılması ilə tarixə düşüb"

Baş katib: "Bu konfrans Dünya Skaut Təşkilatlarından rekord sayda iştirakçıların qatılması ilə tarixə düşüb"
16:12 14 Avqust 2017
127 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 avqust. REPORT.AZ/ “Azərbaycanda keçirilən bu konfrans Avrasiya regionunda bir ilkdir və bütün Dünya Skaut Təşkilatlarından qatılan rekord sayda iştirakçılarla tarixə düşüb”.
"Report" xəbər verir ki, bunu Ümumdünya Skaut Hərəkatının baş katibi Əhməd Ələndəvi Qəbələdə keçirilmiş 13-cü Ümumdünya Gənc Skautlar Forumu və bu gün start götürən 41-ci Ümumdünya Skaut Konfransı haqqında danışarkən deyib.
Onun sözlərinə görə, konfrans iştirakçıları nəinki skaut hərəkatının inkişafını izləyəcək, həmçinin Dünya Skaut Hərəkatının beynəlxalq aləmdə əsas gənclərin təhsil hərəkatına çevrilməsi üçün vacib qərarlar qəbul edəcək: "Bu konfrans imkan verəcək ki, bütün milli, regional və qlobal skaut təşkilatlarının liderləri bir yerdə toplaşaraq təşkilatın əsas konsepsiyası olan "Baxış – 2023" layihəsini daha da inkişaf etdirəcəklər. Bu layihə 2023-cü ilədək Dünyada skautların sayının 200 milyona çatdırılmasını nəzərdə tutur".
"Mən bir neçə dəfə Bakıda olmuşam. Hər dəfə də bu xalqın qonaqpərvərliyindən aldığım təəsüratlarla qayıdıram. Mən şadam ki, konfrans Azərbaycanda - "Odlar Yurdu"nda keçirilir. Bu da konfrans iştirakçılarına müzakirələr üçün əlavə enerji verəcək. Mən forum və konfransın yüksək səviyyədə təşkil olunmasına görə Azərbaycan dövlətinə xüsusi minnətdarlığımı bildirirəm. Biz harada olsaq, istər Qəbələdə forum zamanı, istərsə də sərginin açılışı zamanı azərbaycanlıların isti münasibətindən aldığımız təəssürat bizi heyran edir. Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzi arxitekturanın şedevr nümunəsidir, bu da öz növbəsində keçirilən tədbirlərin uğuruna yüksək əhval-ruhiyyə qatır. Mən şadam ki, bu konfrans Azərbaycanda keçirilir!”, - baş katib qeyd edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bu-konfrans-dunya-skaut-teskilatlarindan-rekord-sayda-istirakcilarin-qatilmasi-ile-tarixe-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR