Cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb

Cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb
17:17 14 Avqust 2017
154 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 avqust. REPORT.AZ/ Penitensiar Xidmətin Baş İdarəsinin və 12 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatlarının birgə həyata keçirdikləri tədbirlər nəticəsində müəssisəyə mobil telefon aparatının keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report" a verilən məlumata görə, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilən məhkum Hüseynov Tural Qədim oğlu ilə qısamüddətli görüşə gələn Rusiya vətəndaşı olan dayısı Əsədov Mübariz Əbülfət oğlu və bacısı Samux rayon sakini Hüseynova Aytən Qədim qızı tərəfindən gətirilən sovqata və əşyalarına baxış keçirilən zaman vətəndaş A.Hüseynovaya məxsus əl çantasının içərisində gizlədilən 1 ədəd “Samsung” markalı mobil telefon aparatı, 1 ədəd qulaqcıq və 1 ədəd elektrik qidalandırıcısı aşkar aşkar edilərək götürülüb.
Faktla bağlı Ədliyyə Nazirliyinin İstintaq idarəsində araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/cezacekme-muessisesine-mobil-telefon-kecirilmesinin-qarsisi-alinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR