Bakıda kirayənişinlər arasında dava: yaralanan var

Bakıda kirayənişinlər arasında dava: yaralanan var
19:03 14 Avqust 2017
207 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda kirayənişinlər arasında dava düşüb.

Publika.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avqustun 13-də saat 4.00 radələrində Nərimanov rayonu ərazisində kirayədə yaşayan Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Hacıyev münaqişə zəminində otaq yoldaşı, Gəncə şəhər sakini Orxan Mustafayevə küt alətlə çoxsaylı xəsarət yetirib.

Əlahiddə Çevik Polis Alayı və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Hacıyev tutulub. Onun Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/209830.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR