Səudiyyə Ərəbistanına Həcc ziyarətinə gedən 31 nəfər dünyasını dəyişib

Səudiyyə Ərəbistanına Həcc ziyarətinə gedən 31 nəfər dünyasını dəyişib
20:07 14 Avqust 2017
241 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 avqust. REPORT.AZ/ Səudiyyə Ərəbistanına Həcc ziyarətinə gedən 31 nəfər dünyasını dəyişib.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, məlumatı Səudiyyə Ərəbistanının SPA rəsmi xəbər agentliyi yayıb.
Xəbərdə müxtəlif xarici ölkələrdən olan zəvvarların ölüm səbəbi açıqlanmayıb. 
Məlumatda bu il Həcc ziyarəti üçün gələnlərin təxminən 614 mininin hava yolu, 8 minin quru və 487-sinin dəniz yolundan istifadə etdiyi qeyd olunub.
Səudiyyə Ərəbistanının rəsmi rəqəmlərinə görə, ötən il müqəddəs torpaqları 1,9 milyon insan ziyarət edib.

Xəbərin orijinal ünvanı: https://report.az/din/seudiyye-erebistanina-hecc-ziyaretine-geden-31-nefer-dunyasini-deyisib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR