65 il birgə yaşayan cütlük eyni vaxtda öldü

65 il birgə yaşayan cütlük eyni vaxtda öldü
21:28 14 Avqust 2017
290 Dünya
Ölkə mətbuatı
A- A+

Niderlandda 65 il birgə yaşayan ər-arvad - Nik və Tris Elderxost ölkənin Didam şəhərində ikiqat evtanaziya nəticəsində eyni vaxtda dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu haqda Britaniyanın “Daily Telegraph” qəzeti yazıb.

Hər ikisi 91 yaşında olan cütlük doğmaları və yaxınlarının əhatəsində ölüblər.

Nəşr qeyd edir ki, son 5 il ərzində ər-arvadın səhhəti getdikcə pisləşirdi. 2012-ci ildə kişi insult keçirib v ə onun hərəkəti məhdudlaşıb. Həmçinin onun xanımı üçün də hərəkət etmək olduqca ağır idi. Bundan başqa, həkimlər ona yaddaş itməsi diaqnozu qoymuşdular.

Qeyd edək ki, Hollandiya 2002-ci ildə evtanaziyanı leqallaşdıran ilk ölkə olub. 2015-ci ildə ölkədə 5,5 mindən çox evtanaziya hadisəsi qeydə alınıb. Evtanaziyadan adətən fiziki əzablar çəkən sağalmaz xəstələr istifadə edirlər.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/209840.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR