Salyanda "KaMAZ" "Mercedes"lə toqquşub: xəsarət alanlar var

Salyanda "KaMAZ" "Mercedes"lə toqquşub: xəsarət alanlar var
08:52 15 Avqust 2017
141 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyan. 15 avqust. REPORT.AZ/ Salyan rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Salyan rayonunun Şorsulu kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobil "KaMAZ" markalı yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində 3 nəfər yaralanıb. 
Onlardan biri - 1971-ci il təvəllüdlü Göyçay rayon sakin Qəfərov Şahbaz Şahbalı oğlu Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına, digər 2 yaralı isə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Fakt araşdırılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/salyanda-kamaz-mercedes-le-toqqusub-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR