Unudulmuş "Şərq ekspressi" – uzaq keçmişin MÜDHİŞ QATARI - FOTOLAR

Unudulmuş "Şərq ekspressi" – uzaq keçmişin MÜDHİŞ QATARI - FOTOLAR
09:08 15 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Qeyb olmaq üzrə olan tarixi fotoşəkli Rotterdamlı fotoqraf Brayn çəkməyə nail olub. Onun diqqətini cəlb edən ilk səfərinə 1883-cü ildə yola düşmüş «The Grand Orient Express» adlı lüks qatarı olub.

Publika.az bu əsrarəngiz qatar haqda fotoqrafın qeydlərini oxuculara çatdırır.

Bu ekspresslərdən bütün dünyada cəmisi bir neçə nüsxə qalıb. Şəkildə əks olunmuş qatar isə 2009-cu ildən bəri Belçika yollarından birində dayanıb.

Fotoqraf sosial şəbəkələrdəki bloqunda təəssüratları ilə aşağıdakı şəkildə bölüşüb: «Sanki bir zaman maşınına düşmüşdüm. Keçmişin ab-havasına dalıb, o dövrün emosiyalarını yaşamaq və onları fotoşəkildə əks etdirmək istəyirdim. Çəkdiyim şəkillər onlara tamaşa edən insanlarda «Nə üçün?», «Nə?», «Nə zaman?» kimi suallar doğurarsa, deməli, mən qarşıma qoyduğum məqsədə çatmışam».

Zaur H.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/209870.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR