Naxçıvan Dövlət Universitetinin professoru vəfat edib

Naxçıvan Dövlət Universitetinin professoru vəfat edib
09:42 15 Avqust 2017
109 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 avqust. REPORT.AZ/ Filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü Yavuz Axundlu vəfat edib.
“Report”un məlumatına görə, o, 90 yaşında dünyasını dəyişib. 
Qeyd edək ki, Y.Axundlu 1927-ci ildə Ordubad şəhərində anadan olub. 1947-ci ildə Naxçıvan Dövlət Müəllimlər institutunun tarix-filologiya, 1952-ci ildə isə Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Uzun illər orta məktəblərdə işləyib, 1964-ci ildə namizədlik dissertasiyası müdafiə edib.
Y.Axundlu 1967-ci ildən Naxçıvan Dövlət Universitetində çalışıb. Müxtəlif illərdə tədris və elmi işlər iizrə prorektor, fakültə dekanı işləyib. 1970-ci ildən həmin universitetdə ədəbiyyat kafedrasının müdiri olub.
O, həm də Məmməd Səid Ordubadi irsinin tədqiqatçısı olub.  

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/naxcivan-dovlet-universitetinin-professoru-vefat-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR