Dünya çempionatında çıxış edəcək Azərbaycan yunan-Roma güləşçilərinin adları müəyyənləşib

Dünya çempionatında çıxış edəcək Azərbaycan yunan-Roma güləşçilərinin adları müəyyənləşib
10:27 15 Avqust 2017
105 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 15 avqust. REPORT.AZ/ Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının Fransanın paytaxtı Parisdə keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb.
"Report"un məlumatına görə, çempionata 8 pəhləvan yollanacaq. Baş məşqçi Şaban Donat Taleh Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq), Rəsul Çunayev (71 kq), Həsən Əliyev (75 kq), Elvin Mürsəliyev (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (90 kq) və Sabah Şəriətiyə (130 kq) şans verməyi qərara alıb.
Qeyd edək ki, dünya çempionatı 21 - 26 avqustda Fransanın paytaxtı Parisdə keçiriləcək. Proqrama əsasən, 21-22 avqustda yunan-Roma, 23-24 avqustda qadın güləşçilər arasında qaliblər müəyyənləşəcək. Sərbəst güləşçilər isə 25-26 avqustda xalça üzərinə çıxacaqlar.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/dunya-cempionatinda-cixis-edecek-azerbaycan-yunan-roma-gulescilerinin-adlari-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR