"AtaBank"ın yeni istifadəyə verilmiş şöbəsi geniş çeşidli valyuta-mübadilə əməliyyatları təklif edir

"AtaBank"ın yeni istifadəyə verilmiş şöbəsi geniş çeşidli valyuta-mübadilə əməliyyatları təklif edir
10:52 15 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 15 avqust. REPORT.AZ/ “AtaBank” ASC-nin Bakının mərkəzində, “28 May” metro stansiyasının yaxınlığında, Puşkin küçəsində fəaliyyət göstərən "Sahil" şöbəsi geniş çeşidli valyuta-mübadilə əməliyyatları təklif etməsi ilə seçilir.
“Report” xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, burada ABŞ dolları, Avro, İngilis funt sterlinqi, İsveçrə frankı, Rusiya rublu, Türk lirəsi, Gürcü larisi, BƏƏ dirhəmi, Səudiyyə Ərəbistanı rialı, İran rialı, Yapon yeni, Qazaxıstan tengəsi ilə əməliyyatlar aparmaq olar. “AtaBank” müştərilərin rahatlığını düşünərək "Sahil" şöbəsində valyuta-mübadilə əməliyyatlarını şənbə günlərində də həyata keçirməyə imkan yaradıb. Şöbə həftənin 6 günü saat 9:00-dan 18:00-a qədər müştərilərin xidmətindədir.
Valyuta məzənnələri ilə bağlı məlumatlar və digər suallar üçün əlaqə nömrəsi: (012) 136.
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" 100% yerli kapitallı, yüksək texnologiyalı universal Azərbaycan bankıdır. Bakıda və ölkənin müxtəlif regionlarında 31 filialı və şöbəsi fəaliyyət göstərən Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
“AtaBank"ın xidmət və məhsulları haqqında daha ətraflı məlumat almaq istəyənlər Bankın www.atabank.com ünvanında yerləşən internet səhifəsini ziyarət edə bilərlər. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/atabank-in-yeni-istifadeye-verilmis-sobesi-genis-cesidli-valyuta-mubadile-emeliyyatlari-teklif-edi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR