“Kapital Bank”ın yenilənmiş “Qobustan” filialı istifadəyə verilib

“Kapital Bank”ın yenilənmiş “Qobustan” filialı istifadəyə verilib
11:02 15 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 15 avqust. REPORT.AZ/ “Kapital Bank” ASC filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində “Qobustan” filialının yenilənmiş ofisini istifadəyə verib.
Bu barədə “Report”a Bankdan bildirilib.
Məlumatda deyilir ki, yeni konsepsiya əsasında təmir edilmiş filial Qobustan şəhəri, Yeni massiv 1, ev 11 ünvanında yerləşir. Artıq müştərilər burada müasir bank xidmətlərindən istifadə edə bilərlər.
“Qobustan” filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.
Qeyd edək ki, “Kapital Bank” filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. Bu il Bankın yeni “Bravo” və “Nərimanov Kart Mərkəzi” filialları, Bakı şəhəri üzrə “Buzovna”, “Dəmiryol” və “Lökbatan” şöbələri, regionlar üzrə “Masallı” şöbəsi fəaliyyətə başlayıb, “Həzi Aslanov”, “Qubadlı” və “Göyçay” filialları yeni ünvana köçürülüb. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam etməkdədir. Cari ildə daha bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/kapital-bank-in-yenilenmis-qobustan-filiali-istifadeye-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR