Dünya çempionatında Azərbaycanı 7 sərbəst güləşçi təmsil edəcək

Dünya çempionatında Azərbaycanı 7 sərbəst güləşçi təmsil edəcək
11:07 15 Avqust 2017
35 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 15 avqust. REPORT.AZ/ Sərbəst güləş üzrə Azərbaycan milli komandasının Fransanın paytaxtı Parisdə keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb.
"Report" xəbər verir ki, mundialda bu növ üzrə 7 pəhləvan çıxış edəcək. Baş məşqçi Firdovsi Umudov Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Hacımurad Ömərov (70 kq), Cəbrayıl Həsənov (74 kq), Aleksandr Qostiyev (86 kq) və Aslanbek Alborova (97 kq) şans verəcək. 125 kq çəki dərəcəsindəki Cəmaləddin Məhəmmədov isə zədəli olduğu üçün yarışa aparılmayacaq.
Qeyd edək ki, dünya çempionatı 21 - 26 avqustda təşkil olunacaq. Proqrama əsasən, 21-22 avqustda yunan-Roma, 23-24 avqustda qadın güləşçilər arasında qaliblər müəyyənləşəcək. Sərbəst güləşçilər isə 25-26 avqustda xalça üzərinə çıxacaqlar.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/dunya-cempionatinda-azerbaycani-7-serbest-gulesci-temsil-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR