Onlar Azərbaycanı dünya çempionatında təmsil edəcək

Onlar Azərbaycanı dünya çempionatında təmsil edəcək
11:13 15 Avqust 2017
37 İdman
Ölkə mətbuatı
A- A+

Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının Fransanın paytaxtı Parisdə keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb.

Çempionata 8 pəhləvan yollanacaq. Baş məşqçi Şaban Donat Taleh Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq), Rəsul Çunayev (71 kq), Həsən Əliyev (75 kq), Elvin Mürsəliyev (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (90 kq) və Sabah Şəriətiyə (130 kq) şans verməyi qərara alıb.

Qeyd edək ki, dünya çempionatı avqustun 21 - 26-da Fransanın paytaxtı Parisdə keçiriləcək. Proqrama əsasən, avqustun 21-22-də yunan-Roma, 23-24-də isə qadın güləşçilər arasında qaliblər müəyyənləşəcək. Sərbəst güləşçilər isə avqustun 25-26-da xalça üzərinə çıxacaqlar. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/209894.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR