Bu il Azərbaycanda 2826 məktəbəhazırlıq qrupu yaradılıb

Bu il Azərbaycanda 2826 məktəbəhazırlıq qrupu yaradılıb
12:42 15 Avqust 2017
123 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 avqust. REPORT.AZ/ "Bu il Bakı üzrə təşkil olunan məktəbəhazırlıq qruplarında təhsil almaq üçün 9209 nəfər qeydiyyatdan keçib".

“Report” xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, ötən il ölkə üzrə 2795 məktəbəhazırlıq qrupu yaradılıb: "Keçən il 2011-ci ildə anadan olan uşaqların 55%-i bu təhsilə cəlb olunub. Bu il Bakı da daxil olmaqla 65 rayon üzrə 2826 qrupun yaradılması rəsmiləşdirilib".

Nazirlik rəsmisi qeyd edib ki, bu il qruplara cəlb olunma faizinin artacağı gözlənilir: "Uşaqların qruplara qəbulu mərhələləli şəkildə həyata keçirilir. Müəllimlərin seçimində IV sinifdə dərs deyən müəllimlərə üstünlük verilir".


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bu-il-azerbaycanda-2826-mektebehazirliq-qrupu-yaradilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR