Azərbaycanın sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalarının açıq məşqi keçirilib

Azərbaycanın sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalarının açıq məşqi keçirilib
13:07 15 Avqust 2017
180 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bakı. 15 avqust. REPORT.AZ/ Azərbaycanın sərbəst və yunan-Roma güləşi üzrə yığma komandaları dünya çempionatına hazırlığı davam etdirirlər. 
“Report”un məlumatına görə, bu gün Azərbaycan Güləş Federasiyasının bazasında baş tutan məşqi qurumun vitse-prezidentləri – Elçin Cəfərovla Namiq Abdullayev də izləyiblər. Məşqdən əvvəl hər iki yığmanın dünya çempionatında iştirak edəcək heyətləri açıqlanıb. 
Qeyd edək ki, dünya çempionatı 21 - 26 avqustda Fransanın paytaxtı Paris şəhərində başa tutacaq. Proqrama əsasən, 21 - 22 avqustda yunan-Roma, 23 -24 avqustda qadın güləşçilər arasında qaliblər müəyyənləşəcək. Sərbəst güləşçilər isə 25-26 avqustda xalça üzərinə çıxacaqlar.














Xəbərin orijinal ünvanı: https://report.az/multimedia/azerbaycanin-serbest-ve-yunan-roma-gulesi-uzre-yigmalarinin-aciq-mesqi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR