Son illər ərzində l sinif şagirdləri arasında oğlanların sayı qızları xeyli üstələyir

Son illər ərzində l sinif şagirdləri arasında oğlanların sayı qızları xeyli üstələyir
13:27 15 Avqust 2017
136 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 avqust. REPORT.AZ/ Azərbaycanın ümumi təhsil müəssisələrinin birinci sinif şagirdləri arasında son illər oğlanların sayı üstünlük təşkil edir.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2016-2017-ci tədris ilində ümumi təhsil müəssisələrində şagirdlərin sayı 163,5 nəfər olub.
Onlardan 87,5 min nəfəri oğlanlar, 76 mini qızlar olub.
1990-cı ildə birinci sinif şagirdlərinin sayı 154,1 min nəfər olub. Onlardan oğlanların sayı 79, qız şagirdlərin sayı 75,1 min nəfər təşkil edib. 1995-ci ildə şagirdlərin sayı 172,9, oğlanların sayı 84,7, qızların sayı 88,2 min nəfər, 2000-i ildə şagirdlərin sayı 165,8, oğlanlanların sayı 86,7, qızların sayı isə 79,1 min nəfər olub. 2010-cu ildə ümumi say 119, 9 min, onlardan oğlan şagirdlərin sayı 64,5, qızların sayı isə 55,4 min nəfər, 2015-ci ildə isə ümumi say 155,8 min, onlardan oğlan şagirdlərin sayı 84,2 min, qız şagirdlərin sayı isə 71,6 min nəfər təşkil edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/son-iller-erzinde-l-sinif-sagirdleri-arasinda-oglanlarin-sayi-qizlari-xeyli-usteleyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR