Teleaparıcı Elçin Əlibəylinin səhhətilə bağlı xanımından açıqlama: “Komaya düşmüşdü…”

Teleaparıcı Elçin Əlibəylinin səhhətilə bağlı xanımından açıqlama: “Komaya düşmüşdü…”
13:53 15 Avqust 2017
170 Ölkə
Ölkə mətbuatı
A- A+

Tanınmış teleaparıcı, Publika.az saytının baş redaktoru Elçin Əlibəyli bu gün cərrahiyyə əməliyyatı zamanı komaya düşüb.

Həyat yoldaşı Dilrubə Əlibəyli Publika.az-a teleaparıcının səhhətilə bağlı açıqlama verib. O bildirib ki, E.Əlibəylinin səhhəti axşamdan pisləşib:

“Elçin pəhriz saxladığına görə təkcə düyü yeyirdi. Xəbərsiz olmuşuq, düyü səhhətinə pis təsir edirmiş. Öd kisəsində ağrılar başladı. Dünən gecə halı qəfildən pisləşdi, güclü ağrılar başladı. Həkim bildirdi ki, təcili əməliyyat olunmalıdır. Elçin uzun zamandır şəkərdən əziyyət çəkir. Əməliyyat zamanı qəfildən şəkəri yüksəldi, komaya düşdü. Allahıma şükürlər olsun ki, həkimlər onu komadan çıxara bildilər. İndi vəziyyəti sabitdi, həkim nəzarəti altındadır.”


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/209917.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR