“Rossiya24” telekanalının müxbiri Tamara Nersesyan Ukraynadan qovulub

“Rossiya24” telekanalının müxbiri Tamara Nersesyan Ukraynadan qovulub
14:17 15 Avqust 2017
117 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 avqust. REPORT.AZ/ Rusiya Dövlət Televiziya və Radio Şirkətinin (DTRŞ) xüsusi müxbiri Tamara Nersesyan Ukrayna ərazisindən qovulub.
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, onun qovulmasının səbəbi hələlik məlum deyil.
T.Nersesyan “Rossiya24” telekanalında işləyir.
Məlumata görə, 2015-ci ilin martından rəsmi Kiyev Rusiyanın 115 müxbirinin Ukrayna ərazisindəki fəaliyyəti ilə bağlı akkreditasiyasını ləğv edib. Bundan başqa, Rusiyanın əsas telekanallarının Ukraynada yayımı qadağan olunub. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/rossiya24-telekanalinin-muxbiri-tamara-nersesyan-ukraynadan-qovulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR