Azərbaycan dilinin normalarını pozan televiziyaların adları açıqlanıb

Azərbaycan dilinin normalarını pozan televiziyaların adları açıqlanıb
15:32 15 Avqust 2017
139 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 avqust. REPORT.AZ/ Milli Televiziya və Radio Şurasında (MTRŞ) “Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” layihəsi üzrə aparılan monitorinqin nəticələri açıqlanıb.
“Report” xəbər verir ki, monitorinq Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi, “Elektron Mediaya Yardım Fondu”nun layihəsi əsasında MTRŞ və Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının mütəxəssisləri tərəfindən iyun-iyul aylarında aparılıb.
MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib ki, layihə çərçivəsində Bakıdan yayımlanan 6 televiziyada - İTV, ATV, “Space”, “Lider”,  "Xəzər" və ARB-də yayımlanan verilişlərin dili monitorinqlərə cəlb olunub: “Təəssüf ki, bu gün TV-lərdə ədəbi dil normaları pozulduğundan bu cür monitorinqlər aparmağa məcburuq”.
Daha sonra monitprinqin nəticələri elan olunub. Monitorinq nəticəsində məlum olub ki, teleradio məkanında ədəbi dil normaları dilin bütün səviyyələri üzrə-istər leksik, istər qrammatik, istərsə də üslubi səviyyədə pozulur. Monitorinq nəticəsində qeydə alınan 850 faktdan 371-i fonetik, 177-si leksik, 200-ü qrammatik, 104-2 üslubi səviyyədə pozulma olub.
Ümumillikdə fonetik səviyyədə norma pozuntusu 44 faiz, leksik səviyyədə pozuntu 21, qrammatik səviyyədə 23, üslubi səviyyədə isə 12 faiz təşkil edib.
ARB TV-də qeydə alınan norma pozuntularının 45 faizi fonetik, 11 faizi leksik, 16 faizi morfoloji, 6 faizi sintaktik, 24 faizi üslubi cəhətdən olub.
İTV-də ədəbi dil normalarının fonetik səviyyədə pozulması daha çox (66 faiz) qeydə alınıb.
Xəzət TV-də dilin normalarının fonetik səviyyədə pozulması 43 faiz, ATV-də 51, “Lider” TV-də 38, “Space” TV-də 36 faiz qeydə alınıb.
Dil normalarının leksik səviyyədə pozulması halları daha çox “Space” Tv-də (28 faiz), morfoloji səviyyədə pozulmalar “Lider” Tv (17 faiz), sintaktik səviyyədə pozulma daha çox ATV-də (12 faiz), üslubi səviyyədə pozulma isə daha çox ARB TV (24 faiz) qeydə alınıb. Dil normalarının üslubi səviyyədə pozulması halları daha az (3 faiz) İTV-də qeydə alınıb.  

Xəbərin orijinal ünvanı: https://report.az/media/azerbaycan-dilinin-normalarini-pozan-televiziyalarin-adlari-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR