Körpələrə bunları ƏSLA ETMƏYİN, yoxsa... - 10 vacib MƏQAM

Körpələrə bunları ƏSLA ETMƏYİN, yoxsa... - 10 vacib MƏQAM
16:08 15 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Dünyaya yeni gəlmiş körpə möcüzəyə bənzəyir. Onu qucaqda saxlamaq isə olduca məsuliyyətli və zövqlüdür. Lakin unutmayaq ki, yol verdiyimiz bəzi yanlışlar gənc valideynlərin narahatlığına səbəb olur.

Heç düşünmüsünüzmü ki, sizin körpəyə qarşı etdiyiniz bəzi hərəkətlər gənc ananı qıcıqlandırsa da, irad bildirməmək üçün özünü saxlayır? Odur ki, həm öz körpənizə, həm də digər ailələrin yeni dünyaya gəlmiş uşaqlarına qarşı bəzi səhvlərə yol verməyin!

Картинки по запросу новорожденный ребенок

Publika.az həmin yanlışların siyahısını təqdim edir:

1. Körpəni oyatmayın.

Yeni doğulmuş körpə düzgün inkişaf etmək üçün sutka ərzində ən az 18 saat yatmalıdır. Odur ki, onu oyatmayın. Yoxsa ikinci dəfə sizi körpəyə yaxın buraxmaya bilərlər.

2. Siqaret çəkməyin.

Körpəni ziyarətə gəlməzdən bir neçə saat öncədən siqaret çəkməməyiniz tövsiyə olunur. Ümumiyyətlə, körpələrə qarşı həddən artıq həssas yanaşsanız, daha məqsədəuyğun olar. Çünki siqaretin toksinləri sizin nəfəsinizə və geyiminizə hopur. Körpə isə bu hava ilə nəfəs alır. Bu hal tibdə “passiv siqaret çəkmək” adlanır.

Odur ki, yeni doğulmuş balacanı ziyarət edən zaman təmiz geyinin. Mümkün qədər kəskin qoxulu ətirlər də vurmayın.

Похожее изображение

3. Körpə qucağınızda olarkən əlinizə isti heç nə götürməyin.

Hətta 5 övlad anası olsanız belə, əlinizdə körpə olan zaman isti çay və ya qəhvə içməyin. Bu hal körpənin anasını əsəbiləşdirər və beyninə min bir qorxunc fikirlər gətirə bilər. Təsadüfən ya fincan çatlayar, ya da qucağınızdakı balaca qəfil tərpənə bilər.

4. Körpəni öpməyin.

Yeni doğulmuş körpəni öpmək yanlışdır. Onun dodağından öpmək isə əsl fəlakətdir. Odur ki, öz mikroblarınızı körpəyə bulaşdırmamaq üçün bir az böyüməyini gözləyin.

Bəzən bığıburma dayılar və əmilər körpəni ürəklə öpüb, zərif dərisini zədələyirlər. Bunu yanınızda edən olarsa, məlumatlandırmağı unutmayın.

5. Xəstələnmisinizsə, körpə ziyarətinə getməyin.

Bütün infeksiyalar insanlara ən yaxın məsafədən yoluxur. Odur ki, xəstəsinizsə, yeni doğulmuş uşaq olan evə getməməyiniz tövsiyə olunur.

Картинки по запросу новорожденный ребенок с папой

6. Gecikməyin.

Körpə olan evdə yorğun gənc valideynlərin yaşadığını unutmayın. Odur ki, getməzdən öncə mütləq zəng vurub xəbər verin. Hətta körpə oyaq olsa belə, qapının zəngini çalmayın.

7. Əlinizi yumağı unutmayın.

Yeni doğulan körpəni qucağa almazdan öncə əlləri sabunla yumaq vacibdir.

8. Ana övladına süd verərkən oturub bu prosesi izləməyin.

Körpəni əmizdirmək ən təbii haldır. Odur ki, bu prosesi izləməyiniz həm ananı narahat edir, həm də sizin haqqınızda yanlış fikir formalaşdırır.

Картинки по запросу кормящая мама

9. Yersiz və lazımsız məsləhətlərlə gənc ananı yormayın.

Gənc valideynlər sizə məsləhət üçün müraciət etməyənədək gərəksiz tövsiyələr verməyin. Unutmayın, orqanizm individualdır. Bəzən sizin övladınızı sakitləşdirən üsul başqasının körpəsini qıcıqlandıra bilər. Odur ki, öz yardımınızı təklif etməklə kifayətlənə bilərsiniz.

10. Körpənin yatarkən şəkilini çəkməyin.

Körpəni yatarkən istər fotoaparatla, istərsə də telefonun kamerası ilə şəkilini çəkməyin. Bu zaman baş verən şüa axını ona mənfi təsir göstərir. Sinir sistemi zədələnir. Odur ki, bir az böyüməyiniz gözləsəniz, daha yaxşı olar.

Leyla Sarabi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/saghlamliq/209922.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR