Tailand şahzadəsi Milli Azərbaycan Tarixi Muzeyinə kitab hədiyyə verib

Tailand şahzadəsi Milli Azərbaycan Tarixi Muzeyinə kitab hədiyyə verib
16:17 15 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 15 avqust. REPORT.AZ/ Bakıda səfərdə olan Tailand Krallığının şahzadəsi Maha Çakri Sirindhorn və Krallığın nümayəndələri Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində olublar.
Muzeydən "Report"a verilən məlumata görə, görüşdə bu müəssisənin elmi işçisi Səidə Həmzəbəyova Azərbaycan tarixinin müxtəlif dövrləri barədə ətraflı məlumat verib, qonaqları maraqlandıran sualları cavablandırıb.
Şahzadə muzeyə özünün müəllifi olduğu “Gözəlliklər yolunda” (“Along the way of splendour”) kitabını hədiyyə verib.
Sonra qonaqlar muzeyin eksponatları ilə yaxından tanış olublar.





Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/tailand-sahzadesi-milli-azerbaycan-tarixi-muzeyine-kitab-hediyye-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR