“Opera” trafikə qənaət edən servisini bağlayıb

“Opera” trafikə qənaət edən servisini bağlayıb
16:35 15 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Son illərdə operatorların internet tarifləri daha əlverişli olub. Bununla belə, yeni nəsil şəbəkələrin tətbiqi ilə əlaqədar istifadə edilən məzmunun həcmi də artır, buna görə trafikin sıxılması üçün servis və proqramlara tələbat yüksəkdir. Buna baxmayaraq, “Opera” şirkəti “Opera Max VPN” servisini bağlayıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti 4pda.ru saytına istinadən yazır ki, “Opera” şirkətinin bloqunda yazılıb ki, “Max” servisi şirkətin başqa məhsulları ilə rəqabətdə uduzurdu. Başqa sözlə, proqramçılar ikinci dərəcəli məhsulun dəstəyinə vaxt itirmək istəməyərək onu bağlayıblar. “Opera Max” servisi daha yenilənməyəcək və artıq “Google Play” proqramlar mağazasından çıxarılıb.
 
Proqramı öncə yükləmiş istifadəçilər sözügedən servisdən hələ ki, istifadə edir. Qeyd edək ki, “Opera” istənilən vaxt “Max” servisinin fəaliyyətini tamamilə dayandırmaq hüququna malikdir, ancaq hələ ki, bu barədə dəqiq məlumat yoxdur.
 
Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-49564-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR