İrandan turistlərlə bağlı MARAQLI ADDIM

İrandan turistlərlə bağlı MARAQLI ADDIM
18:08 15 Avqust 2017
Ölkə mətbuatı
A- A+

İran hakimiyyəti ölkənin səhiyyə xidmətlərinin xərclərini azaldaraq daha çox turist cəlb etmək niyyətindədir.

Publika.az xəbər verir ki, bu sözləri Tibbi turizmə həsr olunan beynəlxalq görüşdə İranın Əmək və Sosial Müdafiə naziri Əli Rəbii bildirib. Nazir qeyd edib ki, turistləri ölkəyə cəlb etmək üçün tibbi xidmətlər kifayət qədər ucuzlaşacaq. Ölkənin paytaxtı Tehranda baş tutan bu tədbirə dünyanın 30 ölkəsindən olan səhiyyə işçiləri qatılıb.

Rəbii bildirib ki, İrahda həmçinin sanatoriya tipli müalicə mərkəzləri mövcuddur. Nazir vurğulayıb ki, ölkəyə hər il heç olmasa 1 milyon tibbi turist cəlb olunarsa, İranın bu sahədə illik gəliri 7 milyard dolları ötə bilər.

Xatırladaq ki, tək 2016-cı ildə İrana tək Azərbaycan, İran və Ermənistandan 105 min xarici turist gəlib.

Leyla Sarabi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/209947.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR