Fındıq allergiyasina diqqət

Fındıq allergiyasina diqqət
00:43 16 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Fındıq allergiyası ən çox təsadüf olunan qida allergiyalarının bir növüdür.

Publika.az Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasına istinadən xəbər verir ki, aparılan tədqiqatların nəticəsində uşaqların təxminən doqquz faizində fındıq allergiyası aşkar edilib. Allergiya əlamətləri fındıq yedikdən 2 saat sonra ortaya çıxır. Bu əlamətlər allergik şoka qədər irəliləyə bilər.

Ailə anamnezində allergiya olduqda, uşağa ən az 3 yaşına qədər fındıq vermək olmaz. Ailə anamnezində allergiya inkar edildikdə isə 5 yaşa qədər nəfəs yollarında tıxanıqlığa səbəb olma ehtimalına qarşı uşaq fındıq yeyərkən nəzarət altında tutulmalıdır.

Uşağınız fındıq yedikdən sonra allergik reaksiya müşahidə edildiyi təqdirdə təcili həkimə müraciət etmək lazımdır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/saghlamliq/209978.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR