Tramp yenidən neonasistləri açıq şəkildə ittiham etməkdən imtina edib

Tramp yenidən neonasistləri açıq şəkildə ittiham etməkdən imtina edib
01:12 16 Avqust 2017
293 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 avqust. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Şarlotsvildəki iğtişaşları pisləyərək, baş verənlərdə təqsirin həm millətçilərin tərəfdarlarının, həm də onların əleyhdarlarında olduğunu bildirib.
"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər verib.
Amerika lideri vurğulayıb ki, sol qanadın tərəfdarları son dərəcə qəzəblə neonasistlərə hücüm ediblər.
"Onlar bir-birlərinə kötəklərlə hücum etdilər. Buna baxmaq dəhşətli idi", - deyə ABŞ prezidenti günahın millətçilərin və onların əleyhdarlarında olduğunu qeyd edib.
Daha əvvəl demokratlar və respublikaçılar Trampı Şarlotsvildəki zorakılığı 48 saat ərzində ittiham etməməkdə tənqid ediblər.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tramp-yeniden-neonasistleri-aciq-sekilde-ittiham-etmekden-imtina-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR