KİV: Şimali Koreya özü raket üçün mühərrik istehsal edə bilər

KİV: Şimali Koreya özü raket üçün mühərrik istehsal edə bilər
02:42 16 Avqust 2017
246 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 avqust. REPORT.AZ/ Şimali Koreya özü raket üçün mühərrik istehsal edə bilər. Çünki ölkə xarici yatırımdan asılı deyil.
"Report" xəbər verir ki, bu barədə "Reuters" ABŞ kəşfiyyatına istinadən məlumat yayıb.
"Bizdə Şimali Koreyanın idxal mühərrikdən asılı olmamasını güman edən kəşfiyyat məlumatı var. Reallıqda hesab edirik ki, KXDR mühərrikləri özü istehsal etməyə qadirdir", - deyə müsahib agentliyə bildirib.
Bundan əvvəl isə "The New York Times" mənbəyə istinadən xəbər verib ki, Şimali Koreya özünün ballistik raketləri üçün mühərrikləri qara bazardan əldə edə bilər. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ki-v-simali-koreya-ozu-raket-ucun-muherrik-istehsal-ede-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR