Britaniya: 200-dən çox pasiyentdə göbələk xəstəliyi aşkarlandı

Britaniya: 200-dən çox pasiyentdə göbələk xəstəliyi aşkarlandı
08:03 16 Avqust 2017
150 Dünya
Ölkə mətbuatı
A- A+

Britaniya xəstəxanalarında həkimlər 200-dən çox pasiyentdə "Candida auris" göbələk xəstəliyini aşkar ediblər.

Publika.az bildirir ki, bu barədə İngiltərənin səhiyyə xidmətinə istinadən "BBC" telekanalı məlumat yayıb.
Məlumata görə, ölkənin 55-dən çox xəstəxanasında bu xəstəliyə yoluxma qeydə alınıb. Həkimlər xüsusi ehtiyat tədbirləri görürlər. İngiltərənin səhiyyə xidmətindən bildirilib ki, xəstəliyin yayılmasının qarşısı alınıb.
"Candida auris" göbələk xəstəliyi ilk dəfə Yaponiyada aşkarlanıb və nadir rast gəlinən xəstəlikdir. Xəstəlik görünən simptomlarsız müşahidə edilsə də, qanaxma tez-tez ciddi infeksiyalara və digər fəsadlara səbəb olur.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/209994.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR