Türkiyədə Qurban bayramı tətili 10 gün davam edəcək

Türkiyədə Qurban bayramı tətili 10 gün davam edəcək
10:32 16 Avqust 2017
127 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 avqust. REPORT.AZ/ Türkiyədə Qurban Bayramı tətili 10 gün olacaq.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən hökumətin toplatısından sonra baş nazirin müavini və Nazirlər Kabinetinin sözçüsü Bəkir Bozdağ bildirib.
O qeyd edib ki, Qurban bayramı tətili avqustun 28-də başlayacaq. 
B.Bozdağ deyib ki, tətil haqqında qərar verilərkən 30 avqust Zəfər bayramı və Qurban bayramında vətəndaşların ailələrini ziyarətləri, turizm sektorunda canlanmanı, ticarət sahəsinə müsbət təsiri nəzərə alıblar. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiyede-qurban-bayrami-tetili-10-gun-olacagi-remislesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR