Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı
12:29 16 Avqust 2017
209 Digər
Ölkə mətbuatı
A- A+

 

Avqustun 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə,  səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 21-24° isti, gündüz 29-34° isti, Bakıda gecə 21-23° isti, gündüz 30-32° isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 19-24°, gündüz 31-36° isti, dağlarda gecə 11-16°, gündüz 21-26° isti olacağı gözlənilir.

 

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°,Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti təşkil edəcək.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281320

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR