Oynaq ağrıları çoxlarını narahat edən problemdir.
Metbuat.az xəbər verir ki, xalq təbabəti oynaqlarda ağrıları azaltmaq üçün çox təsirli vasitələri təqdim edir. Bu vasitələrdən biri badımcan suyudur.
Lazım olan ərzaqlar:
Bir ədəd orta böyüklükdə badımcan, bir litr su və yarım limon suyu
Hazırlanması:
Badımcanı yaxşıca yuyub dilim-dilim doğrayın. Bir litr suyu qaynadıb içərisinə doğradığınız badımcanı da atın. Badımcanları yandırmamağa çalışın. 20-25 dəqiqə ərzində yumşalana qədər bişirin. Daha sonra suyun içində ən az bir saat saxlayın. Bir saat sonra suyu süzün. Badımcan suyunu şüşə və ya tünd rəngli bankada ( tünd rəng mayeni xarab olmaqdan qoruyur) saxlayın. Qabın içərisinə limon suyu əlavə edin. Qarışığı çalxalayın.
Badımcan suyunu gündə 3 dəfə bir həftə boyunca tətbiq edin.
Aysel Yaqubqızı / Metbuat.az
Hər gün bir ovuc badam yeməyin orqanizmə inanılmaz faydası - Oxumaq üçün tıkla |