Baloğlan Əşrəfov onun videosunu paylaşan Sərdar Ortaca

Türkiyəli müğənni Sərdar Ortac "İnstagram" hesabında bir neçə Azərbaycan müğənnisinin ifalarını əks etdirən videolar paylaşıb.

Metbuat.az xəbər verir ki, paylaşılan videolarda Manaf Ağayevin, Baloğlan Əşrəfovun, Telli Borçalının və başqa müğənnilərin ifaları yer alıb.  

Münasibətini öyrənmək üçün Baloğlan Əşrəfovla əlaqə saxladıq. O bildirdi ki, Sərdarla yaxşı münasibətləri var:  

“Mən Türkiyəyə gedəndə arada rastlaşırıq, Sərdar Azərbaycana gələndə əlaqə saxlayır.  Mən ona mahnımın da halallığını vermişəm. Bu sevgisini də dəyərləndirirəm. Çox sağ olsun.”  

Manaf Ağayev isə bildirdi ki, paylaşımlardan xəbəri yoxdu: 

“Bilmirdim, sizdən eşitdim. Heç bir əlaqəm yoxdu Sərdarla .  Biz onu sevdiyimiz kimi onun da bizi sevməsi normaldır. Mənim üçün xoş oldu.”

Sərdar Ortaç Manaf Ağayevin və Baloğlan Əşrəfovun elə videolarını paylaşdı ki... - VİDEOLAR - Oxumaq üçün tıkla 

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR