Ermənistan ordusunda kütləvi intiharlar

Ermənistan ordusunda daxili çəkişmələr, intizamsızlıq, silahla davranma qaydalarının pozulması və özünəqəsd nəticəsində təkcə rəsmi açıqlamalara əsasən, son 1 ay ərzində 5 əsgər ölüb, 10-u isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Metbuat.az xəbər verir ki, Ermənistan hakimiyyəti bütün üsullardan istifadə edərək ordudakı neqativ halları və ölüm faktlarını gizlətməyə çalışır. Hətta bunu hüquqi cəhətdən rəsmiləşdirməyə və zor gücünə öz xeyrinə məhkəmə qərarlarının çıxarılmasına da nail olur.

“Erməni əsgərləri psixoloji gərginlik yaşayır”.

Bu sözləri Metbuat.az-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

“Ermənistan cəmiyyəti Serj Sarkisyan diktaturası, təzyiqi altında yaşayır. Son bir neçə ildə hakimiyyətə gələn Ermənistan prezidentlərinin demək olar ki, hamısı cəmiyyətin fikrini sosial problemlərdən yayındırmaq məqsədilə Qarabağ məsələsindən istifadə edib. Diversiya təxribat addımları ataraq, bu yolla Azərbaycanı aqressor tərəf kimi göstərməyə cəhd edirlər. Əsgər anaları etiraz aksiyaları keçirərək, övladlarının Dağlıq Qarabağda deyil, öz dövlətlərində hərbi xidmət keçməsini tələb edirlər. Daim qorxu içərisində yaşayan valideynlər övladlarını başqa dövlətlərdə qeydiyyata saldırırlar ki, Dağlıq Qarabağda xidmət keçməsinlər. Ona görə də əsgərlərin abu-havası ailədən başlayır. Ermənilər daim Azərbaycanın hər an öz torpaqlarını işğaldan azad edə biləcəyi qorxusu altında yaşayır. Psixoloji gərginlik, xidmət dövründə əsgərlərə qarşı zorakılıq halları əsgərləri intihara sövq edir”.

İran hər addımında Rusiyanı nəzərə alır - ABŞ isə...-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR