“Bank of Baku” xaricə onlayn rejimdə pul köçürmələrinə başlayıb

“Bank of Baku” xaricə onlayn rejimdə pul köçürmələrinə başlayıb
15:02 16 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 avqust. REPORT.AZ/ “Bank of Baku” ASC təcili pul köçürmələri sahəsində ilkə imza atıb.
Bu barədə “Report”a Bankdan bildirilib.
Məlumatda deyilir ki, “Bank of Baku” ölkədə ilk dəfə olaraq “Contact” pul köçürmələri sistemindən onlayn rejimdə istifadə imkanı yaradıb. Bu yenilik sayəsində Bankın internet bankçılıq xidmətindən istifadə edən fiziki şəxslər, ölkəxarici pul köçürmələrini vaxtlarına qənaət etməklə, tamamilə rahat və təhlükəsiz şəraitdə həyata keçirə biləcəklər.
Kart hesabından köçürmələr Rusiya, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan və Tacikistan istiqamətlərində nəzərdə tutulub. Bu siyahının gələcəkdə genişləndiriləcək.
İnternet bankçılıq vasitəsilə köçürmə məbləğinin gündəlik limiti 300 ABŞ dolları, köçürmə komissiyası isə sadəcə 1% təşkil edir.
Xatırladaq ki, internet bankçılıq xidməti müştərilərə olduqları məkanı tərk etmədən günün istənilən saatı birbaşa olaraq internet vasitəsilə öz hesablarına nəzarət etmə və bir çox bank əməliyyatlarının icrasına imkan verən elektron xidmətdir. Müştərilər internet bankçılıq xidməti vasitəsilə cari, kredit, kredit və debet kart, depozit hesablarına nəzarət edə, kredit ödənişi həyata keçirə, həyata keçirdikləri əməliyyatların SWIFT çıxarışını onlayn rejimdə əldə edə, hesablarına aid rekvizitləri ala və bu kimi digər onlayn əməliyyatlar icra edə bilərlər.
“Bank of Baku”nun internet bankçılıq xidmətinə 145 Məlumat Mərkəzinə zəng etməklə və yaxud filiala müraciət etməklə qoşulmaq olar. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/bank-of-baku-xarice-onlayn-rejimde-pul-kocurmelerine-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR