Ronaldo "qırmızı"ya görə cəza almayacaq

Ronaldo "qırmızı"ya görə cəza almayacaq
15:17 16 Avqust 2017
179 İdman
Ölkə mətbuatı
A- A+

Madrid "Real"ının Kriştiano Ronaldoya görə verdiyi apellyasiya şikayəti qismən təmin olunacaq. Fanat.Az "Marka"ya istinadən xəbər verir ki, portuqaliyalının qırmızı vərəqə üzündən aldığı bir oyunluq cəza ləğv ediləcək.


Superulduza hakimi itələdiyi üçün tətbiq edilən dörd oyunluq diskvalifikasiya isə qüvvədə saxlanılacaq. İspaniya Kral Futbol Federasiyası Madrid klubunun şikayətinə çərşənbə günü baxacaq.


Qeyd edək ki, ötən bazar "Real" İspaniya Superkubokunun ilk oyununda səfərdə "Barselona"ya 3:1 hesabıyla qalib gəlib. Həmin oyunun sonunda "qırmızı" alan Ronaldo hakimin qərarıyla razılaşmayaraq onu itələyib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ronaldo-quotqrmzquotya-gor-cza-almayacaq-t59951.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR