İsrailli nazir: "Knessetin qondarma "erməni soyqırımı"nı tanımasına ehtimal azdır"

İsrailli nazir: "Knessetin qondarma "erməni soyqırımı"nı tanımasına ehtimal azdır"
15:17 16 Avqust 2017
131 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 avqust. REPORT.AZ/ İsrailin Ətraf Mühitin Mühafizəsi, həmçinin Qüds Məsələsi və İrs naziri Zeev Elkin Knessetin qondarma "erməni soyqırımı"nı tanınmasına ehtimalın az olduğunu bildirib.
"Report" xəbər verir ki, israilli məmur bu fikri "İnterfaks-Ukrayna"ya müsahibəsində Ukrayna Qolodomorunun (aclıq - red.) soyqırımı kimi tanınması ehtimalı barədə sualı cavablandırarkən bildirib.
"Qolodomor, habelə müxtəlif xalqların tarixində yaşanmış digər ağır faciəli hadisələr barədə hansısa deklarativ qərarın qəbul olunacağını düşünmürəm. Çünki bu, bizim parlamentin ənənəsinə uyğun deyil. Parlamentimizdə bir qayda olaraq, bu cür bəyanatlar qəbul edilmir", - Z.Elkin vurğulayıb.
Onun sözlərinə görə, qondarma "erməni soyqırımı"nın tanınması məsələsi Knessetdə bir neçə dəfə müzakirə olunub, lakin qəti qərar qəbul edilməyib.
"İsrail parlemanti hesab edir ki, keçmişin məsələləri siyasətçilər yox, peşəkarlar tərəfindən həll edilməlidir", - Z.Elkin deyib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-srailli-nazir-knessetin-qondarma-ermeni-soyqirimi-ni-tanimasina-ehtimal-azdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR