Qadın güləşi üzrə Azərbaycan milli komandasının baş məşqçisi ilə əməkdaşlığa son verilib

Qadın güləşi üzrə Azərbaycan milli komandasının baş məşqçisi ilə əməkdaşlığa son verilib
15:22 16 Avqust 2017
126 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 16 avqust. REPORT.AZ/ Qadın güləşçilərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi Semyon Çterevlə əməkdaşlığa son verilib.
Azərbaycan Güləş Federasiyasında (AGF) “Report”a verilən məlumata görə, müqavilə müddəti başa çatan bolqarıstanlı mütəxəssis yola salınıb. Bu səbəbdən, gələn həftə Fransanın paytaxtı Parisdə keçiriləcək dünya çempionatına yığma üzvləri baş məşqçisiz yollanacaqlar. Komandaya böyük məşqçi Aslan Ağayevlə məşqçi Rövşən Umudov rəhbərlik edəcək. 
Qeyd edək ki, Semyon Çterev 2016-cı ilin noyabrından qadın güləşi üzrə yığmaya rəhbərlik edirdi.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-milli-komandasinin-bas-mesqcisi-ile-emekdasliga-son-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR