AMB-nin notlarına üçqat tələb olub

AMB-nin notlarına üçqat tələb olub
15:32 16 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 avqust. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50100359S saylı dövlət qeydiyyatından keçmiş, ümumi həcmi 200 mln. manat, hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 15 investor 541,682 mln. manat məbləğində 21 sifariş təqdim edib.
Sifarişlər yalnız 99,2278 manat (10.01%) qiymətində təqdim olunub. Elə notların rəqabətli sifarişlər üzrə kəsmə və orta ölçülmüş qiymətini də bu qədər olmaqla AMB müəyyən edib.
Notların nominal üzrə reallaşdırılmış həcmi 200 mln. manat olub.
Qiymətli kağızların ödəmə tarixi 13 sentyabr 2017-ci ildir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/amb-nin-notlarina-ucqat-teleb-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR