Bakıda qadın bina evində 70 it saxlayır – VİDEO

Bakıda qadın bina evində 70 it saxlayır – VİDEO
15:48 16 Avqust 2017
149 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtın Süleyman Rüstəm küçəsinin sakinləri öz qonşularından şikayət edirlər.

Xəzər TV-nin məlumatına görə, onlar milliyətcə rus olan qonşularının evində çoxlu sayda it saxladığından narahatdılar.

Deyilənə görə, İrina adlı qadın evində nə az, nə çox düz 70 it saxlayır. Qonşular itlərin hürməsindən və yaşadıqları blokdan üfunət iyinin gəlməsindən narazılıq edir.

Qonşular deyirlər ki, 10 ilə yaxındır bu vəziyyətdən əziyyət çəkirlər. İrina dəfələrlə itləri evdən aparacağına söz versə də, nəticəsiz qalıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/210055.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR