“Müğənni qızı evinə gəlin gətirən bilir ki..." - Samiradan maraqlı açıqlamalar

“Müğənni qızı evinə gəlin gətirən bilir ki..." - Samiradan maraqlı açıqlamalar
15:54 16 Avqust 2017
173 Digər
Ölkə mətbuatı
A- A+

 

“APA TV”-nin “Show time” verilişinə qonaq olan müğənni Samira Allahverdi maraqlı açıqlamalar verib. Lent.az-ın məlumatına görə, ifaçı bildirib ki, hazırda cəmiyyətdə daha çox tənqid olunan müğənnilər toylarda təlabatlıdı: “Baxırsan ki, bir müğənnini tənqid edirlər, amma həmin ifaçı bütün günü toylardadı. Olsun, hərənin öz dövranı var. Hərənin öz ruzisi var. Ola bilər ki, mən o musiqini bəyənmirəm. Mən bəyənmədiyim bir müğənninin dinləyicisi də məni bəyənmir. Sabah gəlib mənə deyər ki, sənin də ifan mənə çatmır. Musiqinin pisi yoxdur. Sadəcə hərənin öz zövqü var”.

 

S.Allahverdi aparıcının ona ünvanladığı “Şou-biznesdə bir çoxları müğənnini evimə gəlin gətirmərəm deyir” fikrinə də münasibət bildirib: “Qadın müğənnini evində gəlin kimi qəbul edənlər öncədən bilirlər ki, kimi ocaqlarına gəlin gətirirlər. Mən səhnədə mahnılarımı təqdim edirəm, tərbiyə də göz önündədi. Başqa nəsə də deyə bilmərəm. Hər bir qadının yanında bir güclü kişi olmalıdır. Ola bilər ki, tək qadın çıxıb deyə bilərlər ki, mən qadınam, güclüyəm, övladımı özüm böyüdürəm. Amma bu yalandı. Hər bir qadının kişi dayağına, çiyninə ehtiyacı var. Xanımın yanında kişisi olmalıdır. Bir sözlə qadının qoruyanı olmalıdır”.

 

 

 

Qeyd edək ki, “APA TV”-nin “Show time” verilişi həftənin 2-ci günləri saat 15:10-da Yalçın Uğurun təqdimatında yayımlanır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281334

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR