“Öz meydanımızda “Qarabağ”a qalib gələcəyik” - Uroş Matiç

“Öz meydanımızda “Qarabağ”a qalib gələcəyik” - Uroş Matiç
16:09 16 Avqust 2017
149 Digər
Ölkə mətbuatı
A- A+

“Qarabağ” təxminən gözlədiyimiz kimi oynadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kopenhagen”in serbiyalı futbolçusu Uroş Matiç deyib.

 

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ”ın qonağı olan Danimarka təmsilçisi 0:1 hesabı ilə uduzub.

 

Klubun saytına açıqlama verən Matiç oyun haqda danışıb: “Bir saat ərzində rəqibin qol imkanları çox olmadı. Sadəcə, əks-hücumlarla yadda qaldılar. Fasilədən sonra isə oyun dəyişdi. Amma bu hələ ilk görüş idi”.

 

27 yaşlı yarımmüdafiəçi avqustun 23-də keçiriləcək cavab matçında “Qarabağ”a qalib gələcəklərini deyib: “Bizi daha bir 90 dəqiqə gözləyir. Yola davam etmək şansımız qalmaqdadı. Öz meydanımızda “Qarabağ”a qalib gələcəyik. Çünki evdə rəqiblərimizdən çox üstün oynayırıq. Bunu “Vardar”la görüşdə də sübut etdik. Həmin komandaya da səfərdə 0:1 hesabı ilə uduzmuşduq və cavab qarşılaşmasında vəziyyəti dəyişməli idik. Missiyanın öhdəsindən gəldik. “Qarabağ”la evdəki görüşə də 100 faiz hazır olacağıq. Çempionlar Liqasının qrup mərhələsinə düşmək üçün sonuncu addımı atmalıyıq”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281333

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR