Novruzun durumuna aydınlıq gəldi

Novruzun durumuna aydınlıq gəldi
16:27 16 Avqust 2017
114 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasının ilk turu çərçivəsində “Sumqayıt”la görüşdə xəsarət alan “Kəpəz”in üzvü Novruz Məmmədovun durumuna aydınlıq gəlib.

 


Fanat.Az klubun saytına istinadən xəbər verir ki, rəqib futbolçu ilə mübarizədə zədələnən və oyunu sona kimi davam etdirə bilməyərək, 74-cü dəqiqədə əvəzlənən müdafiəçi indi özünü yaxşı hiss edir.

 

Məmmədovun qabırğaüstü əzələsi əzilib. Klubun tibbi personalından verilən məlumata görə, bu zədə tez bərpa olunandı.

 

Novruz əvvəlcə fərdi məşqlərlə başlayıb, sonradan kollektiv hazırlığa qoşula biləcək.  




Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-novruzun-durumuna-aydnlq-gldi-t59954.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR