Almaniya millisinin Azərbaycan yığmasına iki qol vuran futbolçusu sıradan çıxıb

Almaniya millisinin Azərbaycan yığmasına iki qol vuran futbolçusu sıradan çıxıb
16:52 16 Avqust 2017
141 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 16 avqust. REPORT.AZ/ Almaniya milli komandasının və Dortmund “Borussiya”sının futbolçusu Andre Şürrle 4 həftəlik sıradan çıxıb.
“Report”un klubun “Twitter” səhifəsinə istinadən verdiyi məlumata görə, 27 yaşlı hücumçunun omba əzələlərində yırtıq aşkar olunub.
Beləliklə, Şürrle Bundesliqanın ilk 4 oyununu buraxacaq. O, “Volfsburq” (19 avqust), “Herta” (26 avqust), “Frayburq” (9 sentyabr) və “Köln” (17 sentyabr) komandaları ilə görüşlərdə iştirak etməyəcək. Yığma üzvü, həmçinin Çempionlar Liqasının qrup mərhələsinin ilk qarşılaşmasını da (12 və ya 13 sentyabr) kənardan izləyəcək.
Qeyd edək ki, Andre Şürrle bu il martın 26-da 2018-ci il dünya çempionatının Azərbaycan millisinə qarşı seçmə qrup matçının 19-cu və 81-ci dəqiqələrdə fərqlənərək, Almaniya yığmasının 4:1 hesablı qələbəsində böyük pay sahibi olub. Bu kollektivlər arasında növbəti görüş oktyabrın 10-da Kayzerslautern şəhərindəki Frits Valter adına stadionda olacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/dc-2018/almaniya-millisinin-azerbaycan-yigmasina-iki-qol-vuran-futbolcusu-siradan-cixib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR