İstanbulda terror aktı törətmək istəyən 5 nəfər tutulub

İstanbulda terror aktı törətmək istəyən 5 nəfər tutulub
17:07 16 Avqust 2017
142 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 avqust. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində terror aktı planlaşdırmaqda şübhəli bilinən 5 nəfər saxlanılıb.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, onlar Samsunda tutulublar. 
Samsun valiliyinin məlumatına görə, İlkadım rayonunda terrorçu İŞİD qruplaşmasının üzvlərinin qaldığı bir evdə axtarış aparılıb.
Məlumata görə, Samsun prokurorluğu üç müxtəlif ünvanda 7 nəfər şübhəlinin tutulması haqda əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar çıxarıb.
Onlardan 5-i tutulsa da, 2 nəfərin axtarışı davam edir. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/i-stanbulda-terror-akti-toretmek-isteyen-5-nefer-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR