Ukraynaya yeni hücum hazırlanır - TARİX AÇIQLANDI

Ukraynaya yeni hücum hazırlanır - TARİX AÇIQLANDI
17:48 16 Avqust 2017
208 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna Mərkəzi Bankı ölkə bankları və digər maliyyə strukturlarına yeni kiberhücum barədə xəbərdarlıq edib.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, yeni kütləvi kiberhücum Müstəqillik Günündə (24 avqust) başlana bilər.

Xatırladaq ki, bu il iyunun 27-də Ukraynanın kompüter sistemlərində yayılan naməlum virus onlarla dövlət qurumu və özəl şirkətin fəaliyyətini iflic edib. İrimiqyaslı haker hücumu nəticəsində Ukrayna banklarının, enerji şirkətlərinin, dövlət və media qurumlarının internet resursları və lokal şəbəkələrin işi bloklanıb.

Kiberhücuma məruz qalan qurumlar arasında "Oşşadbank", "Ukrqazbank", "Pivedennıy", OTR, "TASKombank" bankları, DTEK, "Kievenerqo", "Ukrenerqo" enerji şirkətləri, "Borispol" hava limanı, "Ukrtelekom", "Ukrpoçta", "Kievvodokanal", həmçinin "Kievstar", "Vodafone" və "Lifecell" mobil operatorları, "Lyuks" teleradioşirkəti və ATR kanalının internet resursları olub.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/210071.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR