Saakaşvili Ukrayanaya qayıdacağı tarixi açıqladı

Saakaşvili Ukrayanaya qayıdacağı tarixi açıqladı
22:14 16 Avqust 2017
219 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili sentyabrın 10-da Ukraynaya qayıtmaq niyyətindədir.

 

APA-nın məlumatına görə, bu barədə M.Saakaşvili özünün “Feysbuk” səhifəsində bildirib.

 

“Bu gün mən elan edirəm ki, sentyabrın 10-da Polşa ərazisindən Ukraynaya qayıdacam. Xahiş edirəm Ukrayna hökuməti bundan sirk qurmasın”, deyə M.Saakaşvili qeyd edib.

 

M.Saakaşvili iyulun 26-da prezident P.Poroşenkonun fərmanı ilə Ukrayna vətəndaşlığından məhrum edilib. Hazırda M.Saakaşvili Avropa İttifaqı ölkələrində səyahət edir.  Polşa, Litva və Macarıstanda olan sabiq qubernator dəfələrlə Ukraynaya dönəcəyini bəyan edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281357

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR