Qvatemalada cinayətkar qrup xəstəxanaya hücum edib: 7 ölü, 12 yaralı

Qvatemalada cinayətkar qrup xəstəxanaya hücum edib: 7 ölü, 12 yaralı
06:47 17 Avqust 2017
173 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 avqust. REPORT.AZ/ Qvatemalada cinayətkar qruplaşmanın üzvləri həbsxanadan xəstəxanaya gətirilmiş rəhbərini qaçırmaq üçün müalicə müəssisəsinə hücum edib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, hadisə paytaxtdakı "Ruzvelt" xəstəxanasında baş verib.
Xəstəxananın direktoru Karlos Soto bildirib ki, hücum səhər saatlarında olub. Müalisə müəssisəsinə hücum edən cinayətkar qruplaşma üzvləri ətrafa atəş açıblar. Nəticədə 7 nəfər öldürülüb.
Direktorun köməkçisi Marko Antonio Barientos bildirib ki, hücum zamanı 1-i uşaq olmaqla 12 nəfər xəsarət alıb. O, uşağın vəziyyətinin ağır olduğunu deyib. Barientos bundan əvvəl də xəstəxanaya cinayətkarlar tərəfindən hücumların edildiyini və hökumətdən təhlükəsizlik qüvvəsi istədiklərini əlavə edib.
Ölkə polisi hücumda iştirak etdiyi iddia olunan 5 nəfərin tutulduğunu, onların "Mara Salvatruca" cinayətkar qruplaşmasının üzvləri olduğunu açıqlayıb.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/qvatemalada-cinayetkar-qruplasma-xestexanaya-hucum-edib-7-olu-12-yarali

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR