Gəlin köklə birlikdə qayınanasının nişan üzüyünü “çıxardı” – FOTO

Gəlin köklə birlikdə qayınanasının nişan üzüyünü “çıxardı” – FOTO
08:03 17 Avqust 2017
220 Dünya
Ölkə mətbuatı
A- A+

Kanadanın cənubunda ferma sahibləri məhsul yığımı zamanı köklə birlikdə 84 yaşlı qohumlarının nişan üzüyünü də çıxarıblar.

Publika.az CBC telekanalına istinadən məlumat verir ki, Meri Qrems üzüyü 13 il əvvəl 2004-cü ildə bağda işləyərkən itirib.

Onun sözlərinə görə, ərinə bu barədə heç nə deməyib və üzüyü dəyişdirib.

“Əgər diqqətlə baxsanız üzüyün kök ətrafına necə ideal oturmasını görmək olar. Bu çox maraqlıdır”, - telekanala qadının gəlini, üzüyü tapan xanımın sözlərini sitat gətirir.

Meri Qrems bildirib ki, üzüyü bundan sonra ömrünün sonuna qədər taxmaq niyyətindədir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/210118.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR