"Neftçi"nin keçmiş hücumçusu Malta klubu ilə müqavilə bağlayıb

"Neftçi"nin keçmiş hücumçusu Malta klubu ilə müqavilə bağlayıb
09:37 17 Avqust 2017
109 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 16 avqust. REPORT.AZ/ "Neftçi"nin keçmiş futbolçusu Ernest Nforun yeni klubu müəyyənləşib.
"Report"un məlumatına görə, 31 yaşlı hücumçu Malta "Birkirkara"sı ilə birillik müqavilə bağlayıb.
Kamerunlu forvard "Birkirkara"ya azad agent kimi keçib. Ta Qali təmsilçisi ötən mövsüm Malta çempionatının bürünc mükafatçısı olub. Ümumilikdə bu klub 4 dəfə ölkə çempionu olub.
Qeyd edək ki, Ernest Nfor "Neftçi"də 2013 - 2015-ci illərdə forma geyinib. O, 48 oyuna 8 qol vurub.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/neftci-nin-kecmis-hucumcusu-malta-klubu-ile-muqavile-baglayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR