Çində leysan nəticəsində 750 mindən çox insana ziyan dəyib

Çində leysan nəticəsində 750 mindən çox insana ziyan dəyib
09:52 17 Avqust 2017
106 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 avqust. REPORT.AZ/ Çinin mərkəzi hissəsində yerləşən Xuan əyalətində son bir həftə ərzində davam edən leysan nəticəsində 750 mindən çox insana ziyan dəyib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə təbii fəlakətin nəticələrini aradan qaldırlması üzrə xidmət məlumat yayıb.
İnformasiyaya əsasən, təbii fəlakət bölgəsindən 88,5 mindən çox insan təxliyyə edilib. Daşqınlar 1100-dən artıq tikilini, o cümlədən yaşayış binasını dağıdıb, 4 nəfər isə bu fəlakətin qurbanı olub. Bundan başqa sel körpüləri, avtomobil yollarını və başqa infrastrukturları dağıdıb. Məlumata görə, ziyan dəyən rayonlarda suyun səviyyəsi həyəcan yaradan nöqtəyə çatıb.
Çinin Metereoloji Xidməti qarşıdan gələn istirahət günü də yağış yağacağını bildirib.Turistlərə ölkənin şimal əyalətlərinə səfər etməmək məsləhət görülüb. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cinde-leysan-neticesinde-750-minden-cox-insana-ziyan-deyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR