Bakının mərkəzi küçəsində QORXUNC ANLAR: 45 yaşlı qadın huşunu itirdi və ...

Bakının mərkəzi küçəsində QORXUNC ANLAR: 45 yaşlı qadın huşunu itirdi və ...
09:53 17 Avqust 2017
138 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saat 08:40 radələrində Bakının Heydər Əliyev prospektində, "Koroğlu" metro stansiyasının qarşısında qorxunc hadisə baş verib.

Hadisə şahidlərinin verdikləri məlumata görə, keçid nişanı olmayan hissədən yolu keçmək istəyən təxminən 40-45 yaşlarında bir qadın yolun ortasında naməlum səbəblərdən huşunu itirərək yıxılıb.

Avtomobillərin sıx hərəkəti ilə müşahidə olunan yolda xoşbəxtçilikdən qəfil yıxılan qadına maşınla xəsarət yetirməyiblər. Ətrafdakı sərnişinlər tərəfindən dərhal yolun ortasından səkiyə çıxarılan qadına ilk yardımı da vətəndaşlar ediblər. Qadının həyati təhlükəsinin olmadığı deyilir. (milli.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/210129.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR